Dünya
Türkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzrə istintaq başladılıb. Etimesgut Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində yeddi şübhəli həbs edilib. Bu barədə Oxu.Az "A Haber" nəşrinə istinadən məlumat verir. Məlumata görə, həbs olunanlar arasında bələdiyyə sədrinin iki müavini də var. Dörd şübhəli barəsində isə ev dustaqlığı şəklində məhkəmə nəzarəti qərarı çıxarılıb.
Mənbə
oxu.az