Dünya

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

17 Oct 2026, 11:18 2 baxış
Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. Oxu.Az-ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyada keçib. Uşaq evində qalmışam. İlk öyrəndiyim din xristianlıq idi. Hz.İsanı hələ də sevirəm, amma nəticədə mənim mahiyyətim, dinim İslamdır. Dinimi dəyişdirdiyimlə bağlı iddialar gülüncdür", - deyə o qeyd edib. "Hamımız mənəvi mənada həqiqət axtarışındayıq. Həyatım boyu fərqliliklər görmüş biri kimi, heç kimin inanclarını mühakimə etmirəm. Dinim İslamdır, amma bütün dinlərə hörmət edirəm. Bütün dini məkanlara da marağım var və məscidləri, kilsələri və digər ibadət yerlərini ziyarət edirəm. Heç kim bunu sorğulaya bilməz", - deyə Bayhan əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər