Cəmiyyət

Metrodan istifadə edənlərin sayı azaldı

17 Oct 2026, 13:56 4 baxış
Metrodan istifadə edənlərin sayı azaldı

Bu ilin yanvar-sentyabr aylarında metro ilə sərnişin daşınması xidmətlərindən istifadə edənlərin sayı açıqlanıb.


Dövlət Statistika Komitəsindən Axar.az-a bildirilib ki, sözügedən say 156 milyon 158.2 min nəfər olub.


2025-ci ilin ilk 9 ayında isə bu rəqəm 162 milyon 575.8 nəfər olmuşdu.


Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda 1 milyard 771 milyon 305.6 min sərnişin daşınıb.


Ötən ilin müvafiq dövründə isə 1 milyard 614 milyon 512.9 min sərnişin daşınmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər