Dünya

Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

17 Oct 2026, 13:18 1 baxış
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəyə ümumi investisiya həcmi 20 milyon avroya çatıb. Suyun Braqansa şəhərində hasil edilməsi planlaşdırılır. Zavodun 2027-ci ilin sonuna qədər tikintisinin başa çatması və brendin bazara çıxarılması gözlənilir. Qeyd edək ki, Kriştianu Ronaldu milli komandada vurduğu qollar və oynadığı matçlar üzrə dünya rekordçusu olaraq qalır, onun hesabında 233 rəsmi matçda 146 qol var. Portuqaliyanın dünya çempionatında ən yaxşı nailiyyəti 2006-cı ildə qazandığı dördüncü yerdir ki, o zaman da Ronaldu milli komandada oynayırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər