Dünya
Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub - Foto
Kiyevin "Dinamo" klubunun və futbol üzrə Ukrayna milli komandasının keçmiş yarımmüdafiəçisi Roman Maksimyuk Rusiya-Ukrayna müharibəsində həlak olub. Oxu.Az-ın Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə futbolçunun həyat yoldaşı Vera özünün "Facebook" səhifəsində məlumat verib.
{{gallery}} Futbolçu bir ildən çoxdur ki, döyüşlərdə itkin düşmüş hesab edilirdi və DNT testi onun ölümünü təsdiqləyib. Qeyd edilir ki, Roman Maksimyuk 2022-ci ilin payızında Ukrayna Müdafiə Qüvvələrinə qoşulub, bundan əvvəl isə xeyriyyə futbol turnirləri təşkil edərək orduya dəstək olub. Futbolçu 30 yanvar 2025-ci ildə Pokrovsk istiqamətində döyüş tapşırığını yerinə yetirərkən itkin düşmüşdü. Roman Maksimyuk, həmçinin "Volın" və "Dnepr" klublarında da oynayıb.

Mənbə
oxu.az