Dünya

Hörmüz boğazında 2 milyon barel neft daşıyan tanker minaya düşdü - Video

17 Oct 2026, 09:42 2 baxış
Hörmüz boğazında 2 milyon barel neft daşıyan tanker minaya düşdü - Video
Böyük neft tankeri Hörmüz boğazından keçərkən minaya düşüb, gəmidə güclü yanğın başlayıb. Oxu.Az-ın məlumatına görə, bu barədə ərəb mətbuatı İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verib. İran tərəfinin versiyasına əsasən, tanker Tehranla razılaşdırılmamış marşrutla hərəkət edib. Gəminin göyərtəsində iki milyon bareldən çox neft var. Hadisə ilə bağlı digər mənbələrdən hələlik heç bir təsdiq gəlməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər