İdman
Messinin "Barselona"da debütündən 22 il ötür - Video
Düz 22 il əvvəl, 16 oktyabr 2004-cü ildə argentinalı futbolçu Lionel Messi "Barselona"nın heyətində ilk rəsmi oyununu keçirib. Oxu.Az bu barədə Euro-football.ru portalına istinadən xəbər verir.
Həmin gün Kataloniya derbisi baş tutub - "Barselona" səfərdə "Espanyol"a qarşı oynayıb. Messi 82-ci dəqiqədə Dekunu əvəz edərək meydana daxil olub. Həmin qarşılaşmada "Barselona" 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 17 yaşlı Messinin əvəzlədiyi Deku olub. Lionel Messi 2021-ci ilə qədər "Barselona"da çıxış edib, daha sonra klubun maliyyə problemləri səbəbindən komandanı tərk etmək məcburiyyətində qalıb. Kataloniyalılar həmin vaxt Messi ilə müqaviləni uzatmağa maddi imkan tapmamışdılar. Hazırda 39 yaşlı argentinalı ulduz ABŞ-nin "İnter Mayami" klubunun şərəfini qoruyur.

Mənbə
oxu.az