Cəmiyyət

52 nəfər Avropadan Azərbaycana gətirildi

16 Oct 2026, 20:20 2 baxış
52 nəfər Avropadan Azərbaycana gətirildi

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.


Axar.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.


Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.


Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.


O da qeyd edilib ki, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 qərar qəbul edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər