Cəmiyyət

Azərbaycanda işsizlərin sayı artdı

16 Oct 2026, 21:04 1 baxış
Azərbaycanda işsizlərin sayı artdı

2026-cı il oktyabrın 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 251,2 min nəfər olub.


Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda işsizlərin sayında 6,26% artım qeydə alınıb.


Bildirilib ki, işsizlərin 53,5%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 483,4 manat olub.

Mənbə axar.az

Oxşar Xəbərlər