Dünya

Gerasimov Putinə məruzə etdi: "Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb"

16 Oct 2026, 21:20 2 baxış
Gerasimov Putinə məruzə etdi: "Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb"
Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qoşun qruplaşması Ukraynanın Donetsk vilayətində yerləşən Dobropolye şəhərini nəzarətə götürüb. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinin iştirakı ilə keçirilən müşavirədə bildirib. Valeri Gerasimovun sözlərinə görə, sentyabrın 1-dən bəri Rusiya-Ukrayna münaqişəsi zonasında 92 yaşayış məntəqəsi və 1.8 min kvadrat kilometrdən çox ərazi Rusiya ordusunun nəzarətinə keçib. Baş Qərargah rəisi dəqiqləşdirib ki, sentyabrın əvvəlindən bu yana təkcə Donetsk vilayətində 23 yaşayış məntəqəsi və təxminən 500 kvadrat kilometr ərazi nəzarətə götürülüb.
Mənbə oxu.az