Cəmiyyət

Azərbaycan İraqdan Aİ-92 markalı benzin tədarük edir

16 Oct 2026, 17:31 2 baxış
Azərbaycan İraqdan Aİ-92 markalı benzin tədarük edir

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,45 milyon ABŞ dolları dəyərində 5 min 484 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.


Axar.az Report-a istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9%, kəmiyyət olaraq – 15% azdır.


Azərbaycan Gürcüstana 2,77 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,4 dəfə artıb) 3 min 414 ton (+3 dəfə) və Ermənistana 1,59 milyon ABŞ dolları dəyərində 1 min 951 ton (1 il əvvəl tədarük olmayıb) və Tacikistana 95,7 min ABŞ dolları dəyərində 119,7 ton (1 il əvvəl tədarük olmayıb) benzin satıb.


Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.


Hesabat dövründə Azərbaycan 2,89 milyon ABŞ dolları dəyərində (-95,5%) 3 min 919 ton (-95,3%) "Aİ-92" benzini idxal edib.


Azərbaycan Rusiyadan 2,56 milyon ABŞ dolları dəyərində (-94,7%) 3 min 414 ton (-94,6%) və İraqdan 328,3 min ABŞ dolları dəyərində 505,1 ton benzin alıb.


Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan tədarük həyata keçirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər