Cəmiyyət

İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? - Video

16 Oct 2026, 17:02 4 baxış
İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? - Video
"Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında İnşaatçılar prospektindəki piyada keçidlərinin yaratdığı təhlükələrdən danışılıb. Bildirilib ki, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən iki nizamlanmayan piyada keçidində nəqliyyatın intensiv hərəkəti və piyadaların yolu nizamsız keçməsi təhlükəli vəziyyətlərə səbəb olur. Belə hallarda sürücülər qəfil tormozlamağa məcbur qalırlar ki, bu da qəza riskini artırır.

Buraxılışda ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə piyada keçidlərinin yerləşməsinə və nizamlanma qaydasına yenidən baxılması təklif olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər