Kriminal

160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda

16 Oct 2026, 15:14 1 baxış
160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda
Müdafiə Nazirliyindəki 160 milyonluq yeyinti ittihamı ilə 5 illik məhkum edilmiş polkovnik Mahir Şirvanov azadlığa buraxılıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli məhkəmə belə qərar qəbul edib. Mahir Şirvanovun cəzasının çəkilməmiş 5 ay 12 günü şərti hesab edilib. Polkovnik qərar çıxan kimi saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Hakim qərarını məhkumun cəzasının 3/4 hissəsini çəkməsi, islah olması ilə əsaslandırıb. Qeyd edək, polkovnik Şirvanov Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi olub. 2022-ci ilin əvvəlində həbs edilib. O, bu ilin əvvəlində vaxtından əvvəl azadlığa çıxmaq istəyi ilə məhkəməyə müraciət etmişdi. Lakin onun həmin vaxt qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər