Dünya

Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı

16 Oct 2026, 14:54 1 baxış
Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı
Şimali Kiprin Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 9 şübhəli şəxsin həbs müddəti daha bir həftə artırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib. Növbəti məhkəmə prosesi oktyabrın 23-də baş tutacaq. Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər