Kriminal

Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto

16 Oct 2026, 14:02 2 baxış
Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
{{gallery}}
Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər