İqtisadiyyat
Ölkədə sərnişinlər ən çox hansı nəqliyyat vasitəsi ilə daşınıb? - Foto
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektorunda 12 milyard 816.6 milyon manatlıq xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 faiz çoxdur. Oxu.Az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yaydığı hesabatda yer alıb.
"Hesabat dövründə nəqliyyat sektorunda 183.1 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 3 faiz artım deməkdir. Sərnişin daşımalarının həcmi isə 1 milyard 771.3 milyon nəfər təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7 faiz artıb. Yük daşımalarında avtomobil nəqliyyatı üstünlük təşkil edib. Belə ki, daşınan yüklərin 63.5 faizi avtomobil, 25.1 faizi boru kəməri, 7.6 faizi dəmir yolu, 3.6 faizi dəniz, 0.2 faizi isə hava nəqliyyatının payına düşüb. Sərnişin daşımalarında da əsas pay avtomobil nəqliyyatına məxsus olub. Sərnişinlərin 90.5 faizi avtomobillərlə, 8.8 faizi metro ilə daşınıb. Qalan hissə isə digər nəqliyyat növlərinin payına düşüb", - deyə məlumatda vurğulanıb.

Mənbə
oxu.az