Dünya

Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu

16 Oct 2026, 09:16 3 baxış
Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu
Rusiyanın Kamçatka bölgəsinin cənub sahillərində 6.9 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidməti məlumat yayıb. Yeraltı təkanlar dünən yerli vaxtla saat 15:35-də (Bakı vaxtı ilə bu gün 07:35-də) qeydə alınıb. Zəlzələnin episentri quruda, Petropavlovsk-Kamçatskdan 156 km cənub-qərb istiqamətində yerləşib. Təbii fəlakətin ocağı isə 138 km dərinlikdə olub. İnstrumental göstəricilərə əsasən, bu zəlzələ Petropavlovsk-Kamçatsk ərazisində beş bala qədər güclə hiss edilib. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər