Siyasət

Mətbuat Şurasına dörd il ərzində daxil olan şikayətlərin sayı açıqlanıb

16 Oct 2026, 10:33 2 baxış
Mətbuat Şurasına dörd il ərzində daxil olan şikayətlərin sayı açıqlanıb
"Dörd il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi - 691-i katiblikdə həllini tapıb, tərəflər arasında anlaşılıb, razılığa gəlinib. Oxu.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında hesabatda deyib. O bildirib ki, digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən toplanmış materiallar baxılmaq üçün şuranın şikayətlər üzrə komissiyasına təqdim edilib: "Şikayətlər üzrə komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib. Beləliklə, şuranın idarə heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar çıxarıb". "Qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyini işıqlandırılmasına etinasız yanaşmaları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb. Onu da bildirək ki, katiblik səviyyəsində həllini tapmış bir çox şikayətlərdən başqa şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur. Əlbəttə, bir çox hallarda bu cür şikayətlərdə jurnalistlərdən narazılıq ifadə olunsa da, əslində mahiyyət mətbuat şurasının səlahiyyətlərindən uzaq olub. Bununla belə şifahi qaydada tərəflərə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədər çoxdur", - deyə o bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər