Digər

İraqda ilk dəfə türkman nazir təyin edildi

16 Oct 2026, 10:40 2 baxış
İraqda ilk dəfə türkman nazir təyin edildi

İraq parlamentində vakant nazir postları ilə bağlı keçirilən səsvermədə İraq Türkman Cəbhəsinin sədri Mehmet Seman Ağa dövlət naziri vəzifəsinə seçilib.


Axar.az xəbər verir ki, bu barədə Mehmet Seman Ağa X şəbəkə hesabında yazıb.


Qeyd edək ki, dövlət naziri hökumətin tərkibində xüsusi tapşırıqları yerinə yetirən, lakin ayrıca nazirliyə rəhbərlik etməyən yüksək vəzifəli şəxsdir. Mehmet Seman Ağa, eyni zamanda, Kərkükün qubernatorudur. Onun dövlət naziri vəzifəsinə təyin olunmasından sonra qubernator vəzifəsindən istefa verəcəyi gözlənilir. Ağanın xələfinin də türkmanlar arasından seçiləcəyi ehtimal olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər