İdman

Günay Qurbanovanı qızıl medaldan 16 saniyə ayırdı

16 Oct 2026, 09:32 2 baxış
Günay Qurbanovanı qızıl medaldan 16 saniyə ayırdı
Azərbaycan güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında gümüş medal qazanıb. Oxu.Az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub - mübarizənin sonuna 16 saniyə qalmış idmançımız rəqibin son fəndini buraxıb. Beləliklə, G.Qurbanova çempionatı ikinci pillədə başa vurub. Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıblar. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçirilən yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər