Digər

Əhvalınız pisdirsə, canınız ağrıyırsa... - Məsləhət

16 Oct 2026, 02:02 5 baxış
Əhvalınız pisdirsə, canınız ağrıyırsa... - Məsləhət

Əhval-ruhiyyənin dəyişməsi və əzələ ağrısı D vitamini çatışmazlığını göstərə bilər.


Axar.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Yuliya Savelyeva D vitamini çatışmazlığının ağrılı və xoşagəlməz simptomlarını müəyyən edib:


"D vitamini çatışmazlığı riski altında olan insanlara nadir hallarda açıq havada vaxt keçirənlər, hamilə və əmizdirən qadınlar, artıq çəkili insanlar, vegetarianlar, az yağlı pəhriz saxlayanlar və öd kisəsi çıxarılan və ya öd axını problemi olanlar daxildir”.


Ekspert bildirib ki, bəzi simptomların görünməsi bu vacib qida maddəsinin çatışmazlığı ilə əlaqəli ola bilər.


Yuliya Savelyeva bədəndə D vitamini çatışmazlığını göstərə biləcək dəyişiklikləri sadalayıb:


- Tez-tez əhval-ruhiyyənin dəyişməsi


- İştahsızlıq


- Tez-tez soyuqdəymə


- Əzələ ağrısı və qıcolmaları, əzələ zəifliyi


- Yaddaşın və digər idrak funksiyalarının pisləşməsi


- Yuxuya getməkdə çətinlik, yuxusuzluq


- Narahatlıq


- Artıq qıcıqlanma, özünə nəzarət problemləri


Mütəxəssis qeyd edib ki, təmiz havada gəzintilər və müəyyən dərəcədə qidalar (yağlı balıq və treska qaraciyəri, yumurta sarısı, süd məhsulları) bədəndə D vitamini ehtiyatlarının bərpasına kömək edir.

Mənbə axar.az

Oxşar Xəbərlər