Dünya

Mask 100 trilyonu hədəfləyir: "SpaceX" bəşər tarixində ən bahalı şirkət olacaq

16 Oct 2026, 04:00 4 baxış
Mask 100 trilyonu hədəfləyir: "SpaceX" bəşər tarixində ən bahalı şirkət olacaq
Qlobal miqyaslı böyük müharibə baş verməzsə, "SpaceX" kosmik şirkətinin bazar dəyəri qarşıdakı on il ərzində 100 trilyon dolları ötə bilər. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin qurucusu İlon Mask "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Genişmiqyaslı dünya müharibəsi baş verməsə, 10 ildən az müddətdə "SpaceX"in dəyərinin 100 trilyon dolları keçəcəyi ehtimal olunur", - deyə milyarder qeyd edib. Mask bu fikirləri investor Ron Baronun proqnozlarının yer aldığı paylaşımına münasibət bildirərkən səsləndirib. Həmin proqnoza əsasən, 10 ildən sonra "SpaceX"in dəyərinin 20-50 trilyon dollar, "Starlink" peyk xidmətinin dəyərinin isə 14-15 trilyon dollar olacağı gözlənilir. Mətndə, həmçinin Maskın bu rəqəmləri həddindən artıq aşağı hesab etdiyi vurğulanır. "Bloomberg"in məlumatına görə, 2026-cı ilin iyununda "SpaceX" birjaya daxil olduqdan sonra şirkətin səhmləri əvvəlcə ucuzlaşıb, daha sonra isə yenidən bahalaşıb. İki ay ərzində səhmlərin qiyməti avqust ayındakı minimum göstərici ilə müqayisədə təxminən 50% artıb. Nəticədə şirkətin ümumi bazar dəyəri 750 milyard dollardan çox yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər