Siyasət

XİN: "Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb"

16 Oct 2026, 01:06 1 baxış
XİN: "Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb"
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü bir sıra mühüm qərarların qəbulu ilə başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, sammit çərçivəsində Bakı Bəyannaməsi, eləcə də Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasına dair Bəyanat qəbul edilib. Bundan əlavə, Laos AQEM-in tamhüquqlu üzvü olub. Azərbaycanın təşkilata sədrliyi ölkənin səmərəli rəhbərliyinin tanınması olaraq 2026-2028-ci illər üçün uzadılıb. Həmçinin səfir Sultan Hacıyev 2026-2030-cu illər üçün AQEM-in baş katibi təyin edilib. Kambocanın müvafiq konvensiyanı ratifikasiya etməsi ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan proses tamamlanıb. XİN-in məlumatında, həmçinin Asiyada çoxtərəfli əməkdaşlığın, nəqliyyat bağlantılarının, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dair öhdəliklərin yeniləndiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan AQEM-in dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi gücləndirilməsinə sadiqdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər