Dünya
İstanbulda daşqın faciəsi: Mümkün səhlənkarlıq araşdırılır
Türkiyənin ədliyyə naziri Akın Gürlek İstanbulda güclü yağışların səbəb olduğu daşqınlar və insan tələfatı ilə bağlı açıqlama verib. Oxu.Az xəbər verir ki, nazir "X" sosial şəbəkə hesabında hadisələrlə bağlı məhkəmə araşdırmalarına başlanıldığını bildirib. "Hadisələrin bütün aspektlərinin aydınlaşdırılması, mümkün səhlənkarlıq və nöqsanların müəyyən edilməsi, eləcə də həqiqətin üzə çıxarılması üçün araşdırmalar diqqətlə davam etdirilir", - deyə nazir qeyd edib. Qeyd edək ki, oktyabrın 14-də İstanbulda baş verən daşqınlar nəticəsində üç nəfər həyatını itirib, dörd nəfərin isə itkin düşdüyü bildirilir.
Mənbə
oxu.az