İdman

"Qarabağ"ın keçmiş hücumçusu Duran yenə "Benfika"nı məyus etdi - Video

16 Oct 2026, 01:30 3 baxış
"Qarabağ"ın keçmiş hücumçusu Duran yenə "Benfika"nı məyus etdi - Video
UEFA Avropa Liqasının əsas mərhələsinin II turu çərçivəsində Portuqaliyanın "Benfika" klubu doğma meydanda Şotlandiyanın "Seltik" komandasını 4:1 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, qonaqların yeganə qolunun müəllifi "Qarabağ"ın keçmiş hücumçusu Kamilo Duran olub. Kolumbiyalı forvard 63-cü dəqiqədə fərqlənərək baxımlı qola imza atıb.

Xatırladaq ki, Duran ötən mövsüm UEFA Çempionlar Liqasında "Qarabağ"ın "Benfika"nı 3:2 hesabı ilə məğlub etdiyi matçda da fərqlənmişdi. O, həmin qarşılaşmanın 48-ci dəqiqəsində Ağdam təmsilçisinin ikinci qolunu məhz bu stadionda vurmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər