İdman

"Milan" "Zalsburq" səfərindən asan qələbə ilə qayıdır - Video

15 Oct 2026, 22:48 5 baxış
"Milan" "Zalsburq" səfərindən asan qələbə ilə qayıdır - Video
UEFA Avropa Liqasının əsas mərhələsinin II turu çərçivəsində Avstriyanın "Zalsburq" klubu doğma meydanda İtaliyanın "Milan" komandasını qəbul edib. Oxu.Az xəbər verir ki, Zalsburq şəhərində keçirilən matç qonaqların asan qələbəsi ilə başa çatıb - 0:4.

"Milan"ın qollarından üçünü Alfaco Sisse vurub. Hücumçu matçın 15-ci, 33-cü və 49-cu dəqiqələrində fərqlənərək het-trik edib. İtaliya təmsilçisinin digər qolunu isə 72-ci dəqiqədə Qonsalu Ramuş vurub. Qeyd edək ki, "Milan" ilk turda doğma meydanda "Benfika"ya 0:2 hesabı ilə məğlub olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər