Digər
1695-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1695-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 262 470 PUA-sı, 672 zenit-raket kompleksi, 31 239 tank və digər zirehli texnikası, 1 790 reaktiv yaylım atəş sistemi, 36 734 artilleriya və minaatanı, 74 611 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az