Cəmiyyət

Naxçıvan Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

15 Oct 2026, 17:59 2 baxış
Naxçıvan Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
"Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"nda dəyişiklik olunub. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, Naxçıvanda yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi Prezidentin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na əsasən yerli Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər