Dünya

"Green Card" qeydiyyatı yenidən başlayır: Məhkəmə müvafiq qərar çıxardı

15 Oct 2026, 17:44 2 baxış
"Green Card" qeydiyyatı yenidən başlayır: Məhkəmə müvafiq qərar çıxardı
ABŞ Dövlət Departamenti dayandırılmış immiqrant vizalarının verilməsi (Green Card lotereyası) prosesini ən geci oktyabrın 18-də yenidən başlatmalıdır. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Kaliforniya ştatının cənub dairəsi üzrə məhkəməsi çıxarıb. "Məhkəmə ABŞ dövlət katibi kimi çıxış edən cavabdeh Marko Rubionun üzərinə 2027-ci maliyyə ili üzrə müxtəlif millətlərin nümayəndələri üçün immiqrant viza proqramına qeydiyyatı ABŞ-nin Şərq sahili vaxtı ilə oktyabrın 18-də gecəyarısına qədər başlatmaq öhdəliyi qoyur. Qeydiyyat dövrü 30 gün çəkməlidir", - deyə sənəddə qeyd olunur. Bununla yanaşı, məhkəmə Dövlət Departamentinə qeydiyyatın başlama tarixi barədə öz rəsmi saytında kütləvi elan verməyi tapşırıb. Xatırladaq ki, 2025-ci ilin dekabrında Ağ Ev Providens şəhərindəki Braun Universitetində atışma hadisəsindən sonra "Green Card" lotereyası proqramını müvəqqəti dayandırmaq qərarı almışdı. Həmin atışmanı həyata keçirən şəxs ölkəyə bu viza proqramı ilə daxil olmuşdu. "Green Card" (sözbəsöz "yaşıl kart", rəsmi adı - United States Permanent Resident Card) - ABŞ vətəndaşı olmayan şəxslərə daimi yaşayış hüququnu təsdiqləyən və ölkədə işləməyə icazə verən identifikasiya sənədidir. Bu vəsiqəni Amerika hökuməti tərəfindən 1990-cı illərdən bəri hər il ABŞ-də az təmsil olunan ölkələrdən immiqrant cəlb etmək məqsədilə təşkil edilən xüsusi lotereya vasitəsilə udmaq şansı mövcuddur. ABŞ ümumilikdə maksimum 55 minə qədər belə viza təqdim edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər