Cəmiyyət

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

15 Oct 2026, 14:04 2 baxış
Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Ukrayna ordusunun Hərbi Dəniz Qüvvələri Rusiyanın 6 ədəd Su-34M qırıcı-bombardmançısını məhv edib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.


Məlumata görə, oktyabrın 15-də Ukrayna Hərbi Dəniz Qüvvələri “Neptun” sahil raket kompleksi vasitəsilə Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromuna zərbə endirib:


“Zərbə nəticəsində altı ədəd Su-34M bombardmançı təyyarəsi vurulub. Həmçinin aviasiya təminat vasitələri məhv edilib, aerodromda isə partlayışlar və yanğın qeydə alınıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər