İdman

Messi lüks yaxta sifariş etdi

15 Oct 2026, 04:36 2 baxış
Messi lüks yaxta sifariş etdi
"İnter Mayami" klubunun hücumçusu Lionel Messi özü və ailəsi üçün 28 metr uzunluğunda xüsusi yaxta sifariş verib. Oxu.Az xəbər verir ki, bu barədə yaxtanı istehsal edən "Sunreef Yachts" şirkəti məlumat yayıb. Sifarişin dəqiq məbləği istehsalçı tərəfindən açıqlanmır. Hazırda gəminin inşası Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) gəmi tərsanəsində davam etdirilir. Qeyd edək ki, Messi oktyabrın 7-nə keçən gecə Argentina milli komandasının heyətində sonuncu matçını keçirib. Beninə qarşı keçirilən qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Messi isə 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə yanaşı, iki məhsuldar ötürmə müəllifi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər