İdman

"Mançester Siti" - PSJ matçında altı qol: Çempionlar Liqasında günün nəticələri - Video

15 Oct 2026, 01:16 2 baxış
"Mançester Siti" - PSJ matçında altı qol: Çempionlar Liqasında günün nəticələri - Video
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin ikinci turunda "Mançester Siti" doğma meydanda turnirin son qalibi PSJ-ni qəbul edib. Oxu.Az xəbər verir ki, görüş ingilislərin məğlubiyyəti ilə başa çatıb - 2:4.

Qalib komandanın heyətində Dezire Due, Usman Dembele, Vitinya və Manes Akliuş hərəyə bir dəfə rəqib qapısına yol tapıblar. Meydan sahiblərinin heyətində isə hücumçu Erlinq Holand dubl etsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Günün digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb: "Feyenoord" - "Komo" - 3:2; LASK - "Liverpul" - 3:6; "Roma" - "Real Madrid" - 3:4; "Aston Villa" - "Fənərbağça" - 6:0; "Real Betis" - "Portu" - 3:2; "Budyo/Qlimt" - "Borussiya Dortmund" - 1:0; "Şaxtyor Donetsk" - AEK - 3:1; "Slovan Bratislava" - "Ştutqart" - 0:3.
Mənbə oxu.az

Oxşar Xəbərlər