İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi
İranyönümlü haker qrupu dünən gecə 100-dən çox Azərbaycan hökumət domeninə qarşı kütləvi kiberhücumun məsuliyyətini öz üzərinə götürüb.
Axar.az Haqqın.az-a istinadla xəbər verir ki, bu barədə İraqda fəaliyyət göstərdiyi iddia edilən “313 Team” haker qrupunun Teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, kiberhücumun intensivliyi saniyədə 2,5 terabiti keçib.
Qeyd edək ki, Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti haker hücumu nəticəsində bir sıra dövlət qurumunun internet resurslarının işində fasilələr yarandığını bildirmişdi. Daha sonra görülən texniki tədbirlər sayəsində kiberhücumun fəsadlarını məhdudlaşdırmaq və saytların stabil fəaliyyətini təmin etmək mümkün olub. “Team 313”, həmçinin “313 Team Hack Team” və ya “İslam Kiber Müqaviməti” kimi tanınan qruplaşma İranla əlaqəlidir. Belə ki, 2026-cı ilin martında “HawkEye” tərəfindən yayılan xəbərdarlığa əsasən, qrupun İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqələrinin olduğu ehtimal edilir.