Digər

"Azercell"in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

14 Oct 2026, 16:57 1 baxış
"Azercell"in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək
Oktyabr atının 17-də "AWS User Group Baku"nun təşkilatçılığı və "Azercell"in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradaraq onları virtual mühitdə yarışdıracaqlar. Bu format iştirakçılara süni intellekt və bulud texnologiyalarından istifadəni praktiki şəkildə öyrənmək imkanı verəcək. Ənənəvi texnoloji tədbirlərdən fərqli formatda keçiriləcək turnirdə iştirakçılar beş süni intellekt agentindən ibarət futbol komandaları yaradacaq. Onların hər birini süni intellekt agenti - oyundakı vəziyyəti təhlil edib müstəqil qərar verən proqram idarə edəcək. İştirakçılar komandalarının strategiyasını müəyyənləşdirəcək, hazırladıqları proqramları "Amazon Web Services" (AWS) bulud platformasında yerləşdirəcəklər. Oyun başlayanda virtual futbolçular insan müdaxiləsi olmadan hərəkət edəcək. Süni intellekt agentləri meydandakı vəziyyəti analiz edərək hərəkət, ötürmə, müdafiə, hücum və zərbə kimi qərarları avtonom şəkildə qəbul edəcəklər. İştirakçılar isə agentlərin strategiyasını və davranışını formalaşdıracaq, nəticələri izləyərək komandalarını təkmilləşdirəcəklər. Tədbirdə fərdi və ya komanda şəklində iştirak etmək mümkündür. Tədbirə qeydiyyat "Meetup" platforması üzərindən həyata keçirilir. "Azercell"in tədbirə dəstəyi ölkədə süni intellekt üzrə bilik və bacarıqların inkişafına, bulud texnologiyalarının praktiki tətbiqinə və yerli texnologiya icmasının gücləndirilməsinə yönəlmiş fəaliyyətinin davamıdır. Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma rolunu oynayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər