Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

14 Oct 2026, 13:42 2 baxış
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 17-18 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.


Bu barədə Axar.az-a ADY-dən məlumat verilib.


Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.


"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər