İdman

Şenol Güneş yenidən Türkiyə millisinin baş məşqçisi ola bilər

14 Oct 2026, 12:32 3 baxış
Şenol Güneş yenidən Türkiyə millisinin baş məşqçisi ola bilər
Tanınmış mütəxəssis Şenol Güneş yenidən Türkiyə millisinin baş məşqçisi postunu tuta bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb. Nəşrin məlumatına əsasən, Türkiyə Futbol Federasiyası (TFF) noyabr ayında UEFA Millətlər Liqasında Belçika və Fransa ilə keçiriləcək oyunlarda yığmanı müvəqqəti olaraq yerli çalışdırıcıya tapşırmağı planlaşdırılır. Şenol Güneş iki fərqli dövrdə milli komandanı çalışdırıb. "Ay-ulduzlular" DÇ-2002-də mütəxəssisin rəhbərliyi altında mundialın bürünc medallarını qazanıblar. Təcrübəli mütəxəssis son olaraq "Trabzonspor"da baş məşqçi kimi çalışıb və 2025-ci ilin martında vəzifəsindən ayrılıb. Qeyd edək ki, italiyalı məşqçi Vinçenzo Montella ilə yollarını ayıran TFF yığmanı gənc çalışdırıcı Arda Turana tapşırmağı hədəfləmişdi. 39 yaşlı məşqçi isə "Şaxtyor Donetsk"dən ayrılmaq istəmədiyini bildirərək, yığmaya rəhbərlik etmək planlarının olmadığını bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər