Cəmiyyət

Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - Video

14 Oct 2026, 12:45 3 baxış
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - Video
"Təbriz küçəsində yaranan problem yaxın saatlarda aradan qaldırılacaq". Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq ərazidə iş aparan podratçı şirkətdən verilib. "Sözügedən ərazidə daha öncə piyada səkisi mövcud olmayıb. Hazırda sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ərazidə səki salınır. İşlər yeni başlandığından xəbərdaredici nişanlar qoyulmamışdı, yaxın saatlarda məsələ həllini tapacaq", - deyə məlumatda bildirilib. Bakının Nərimanov rayonunda təmir işlərinin aparıldığı küçədə yol nişanlarının quraşdırılmaması sakinlərin narahatlığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.

Bildirilib ki, Təbriz küçəsində hazırda yeni səki quraşdırılması işləri aparılmasına baxmayaraq ərazidə piyadaların və sürücülərin təhlükəsizliyini təmin etmək üçün heç bir xəbərdaredici və istiqamətləndirici yol nişanları yerləşdirilməyib. Bu isə xüsusilə piyadalar üçün ciddi risk yaradır. "Bu küçədə ali məktəblərin olduğunu da nəzərə almayıblar. Tələbələr dərsdən çıxanda bu yolda olduqca təhlükəli vəziyyət yaranır. Avtomobillər piyadalara yol vermirlər, piyadalar isə məcburən avtomobil zolağı ilə hərəkət etməli olurlar", - deyə şikayətdə bildirilib. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər