Cəmiyyət
Bakı Limanında 100 000 TEU həcmində konteyner daşındı
2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 000 TEU həcmində konteyner daşınması həyata keçirilib.
ADY-dən Axar.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30% artım və növbəti rekord göstəricidir.
Analoji dövrdə limanda aşırılmış ümumi yük həcmi 4% artaraq 6.35 milyon tona, quru yük həcmi isə 71% artımla 1.75 milyon tona çatıb.
Mənbə
axar.az