İdman

Azərbaycan UEFA reytinqində irəlilədi

14 Oct 2026, 09:11 4 baxış
Azərbaycan UEFA reytinqində irəlilədi
Azərbaycan UEFA-nın əmsallar cədvəlində bir pillə yüksələrək 24-cü yerə çıxıb. Oxu.Az xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Çexiyanın "Slaviya Praqa" klubu üzərində 2:0 hesablı qələbəsi sayəsində mümkün olub. Təmsilçimizin uğuru Azərbaycanın aktivinə əlavə 0.500 xal qazandırıb (bu mərhələdə qazanılan qələbəyə görə verilən 2 xal avrokuboklarda klublarımızın sayına - 4-ə bölünür). Bununla da ölkəmizin ümumi göstəricisi 24.187-yə çatıb. Hazırda Azərbaycan 24.125 xalla 25-ci pillədə qərarlaşan İsraili qabaqlayır. Ukrayna isə 24.337 əmsalla 23-cü sırada yer alır. UEFA əmsallar cədvəlinə 104.019 xalla İngiltərə başçılıq edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər