İdman
"Atletiko" - "Mançester Yunayted" matçı bir dəqiqəlik sükutla başlayacaq
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin II turunda keçiriləcək "Atletiko Madrid" - "Mançester Yunayted" matçı bir dəqiqəlik sükutla başlayacaq. Oxu.Az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. Bu addım "Atletiko Madrid"in kapitanı Kokenin anası Ana Merodio Borxanın və klubun gənclər komandasının sabiq məşqçisi Borxe Resurreksyonun vəfatı ilə əlaqədardır. Ağır itki səbəbindən Koke matçın iştirak ərizəsinə daxil edilməyib. Xatırladaq ki, Çempionlar Liqasının I turunda "Mançester Yunayted" öz meydanında "Sabah"ı 4:0 hesabı ilə məğlub edib. "Atletiko Madrid" isə səfərdə "Liverpul"a 1:2 hesabı ilə uduzub.
Mənbə
oxu.az