Dünya

Ukrayna ilə bağlı sual Ağ Evdə gündəm oldu: Tramp nə dedi?

13 Oct 2026, 21:12 2 baxış
Ukrayna ilə bağlı sual Ağ Evdə gündəm oldu: Tramp nə dedi?
ABŞ administrasiyası Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatları mübadiləsini dayandırıb-dayandırmadığı barədə jurnalistlərin sualını cavablandırarkən deyib. "Xeyr, dayandırmamışıq. Biz onlara kömək edirik. Əslində, yekun qərara gəlmələrinə kömək edirik. Müharibənin başa çatmasını istəyirik. Onlara yardım edir və kəşfiyyat məlumatları təqdim edirik. Müharibənin bitməsini istəyirik. Buna görə də müharibəyə son qoymaq üçün həm Ukrayna, həm də Rusiya ilə işləyirik", - deyə ABŞ lideri bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər