Cəmiyyət

Bakıda mühüm sammit: BƏƏ naziri də gəlir

13 Oct 2026, 21:02 3 baxış
Bakıda mühüm sammit: BƏƏ naziri də gəlir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin əl-Mərar Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Azərbaycana gələcək.


Axar.az xəbər verir ki, bu barədə BƏƏ-nin Bakıdakı səfirliyindən bildirilib.


"Bakıdakı AQEM-də BƏƏ nümayəndə heyətini dövlət naziri Xəlifə Şahin təmsil edəcək", - diplomatik nümayəndəlikdən bildirilib.


Qeyd edək ki, AQEM-in VII sammiti oktyabrın 15-də Bakıda təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər