Dünya

Rusiya ordusu Xarkovda nəzarət zonasını genişləndirməyə çalışır

13 Oct 2026, 20:48 4 baxış
Rusiya ordusu Xarkovda nəzarət zonasını genişləndirməyə çalışır
Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində mühasirə halqası daxilində yerləşən üç yaşayış məntəqəsi uğrunda döyüşlər aparır. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, nəzarət zonasının genişləndirilməsi çərçivəsində döyüş əməliyyatları Nefedovka, Varvarovka və Nikolayevka istiqamətlərində aparılır. Xatırladaq ki, oktyabrın 10-da Rusiya hərbçiləri Xarkov vilayətində Lukaşovo və Lobanovka kəndlərinə nəzarəti ələ keçirdiklərini açıqlamışdılar. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin yaşayış məntəqələri bölgədə mühasirə halqasını daraldan və nəzarət zonasını genişləndirən "Şimal" qoşun qruplaşmasının bölmələrinin fəaliyyəti nəticəsində ələ keçirilib. Oktyabrın 8-də isə Xarkov vilayətindəki Annopolye yaşayış məntəqəsinin də Rusiya ordusunun nəzarətinə keçdiyi bildirilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər