Digər
İranda inflyasiya 300 faizə çatıb - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yaxın zamanda qərar qəbul ediləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“İran uğursuz dövlətdir. Onların iqtisadiyyatı yoxdur. İnflyasiya 300 faizə çatıb. Pulları yoxdur. Hərbçilərinin və digər işçilərin maaşlarını ödəmirlər. Biz İranla bağlı çox yaxın zamanda qərar verəcəyik”, – deyə Ağ Ev rəhbəri bildirib.
Mənbə
axar.az