Dünya

Yəməndə gərginlik: Səudiyyə Ərəbistanı neft anbarına üç zərbə endirdi - Video

13 Oct 2026, 19:36 1 baxış
Yəməndə gərginlik: Səudiyyə Ərəbistanı neft anbarına üç zərbə endirdi - Video
Səudiyyə Ərəbistanının hərbi aviasiyası Yəmənin paytaxtı Səna şəhərinin qərbində husilərin nəzarətində olan neft anbarına üç hava zərbəsi endirib. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarındakı mənbə məlumat verib.

Qeyd edək ki, husilər "Ənsar Allah" hərəkatının üzvləridir. Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası "genişmiqyaslı hərbi əməliyyat"la əlaqədar mülki əhalini Səna şəhərinin Əs-Sabaha rayonunda yerləşən Yəmən Neft Şirkətinin obyektini təcili tərk etməyə çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər