Dünya
Türkiyədə iki tanınmış şəxs barəsində iddia: Dərnəklər vasitəsilə çirkli pulları yuyublar - Foto
Türkiyədə yardım kampaniyaları və sosial məsuliyyət layihələri ilə tanınan, "Ankara abisi" ləqəbi ilə məşhurlaşan Yasin Oyanık və təmizlik videoları ilə tanınan fenomen Cem Özkökün adı 2 milyard lirəlik qanunsuz maliyyə əməliyyatları və çirkli pulların yuyulması ilə bağlı işdə hallanır. Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu şəxslərin qanunsuz maliyyə əməliyyatlarında iştirak etdikləri iddia olunur.
{{gallery}} İddialara görə, bu iki şəxs şəxsi bank hesabları və yaratdıqları dərnəklər vasitəsilə 2 milyard lirədən çox məbləğdə qanunsuz maliyyə əməliyyatları həyata keçirib, külli miqdarda vəsaiti xaricdəki qanunsuz təşkilatlara köçürüblər. İstintaq çərçivəsində "Ankara abisi" kimi tanınan Yasin Oyanık saxlanılıb. Lakin bununla bağlı hələlik rəsmi açıqlama verilməyib. Cem Özkök isə hüquqi proseslə əlaqədar ətraflı məlumat verməkdən çəkinib və ona qarşı irəli sürülən iddiaları qəbul etməyib. O, məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Mənbə
oxu.az