Yeni doğulan körpə üzərində mürəkkəb əməliyyat keçirildi
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə sidik kisəsinin ekstrofiyası və anal atreziya diaqnozları təyin edilən yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub.
Bu barədə Axar.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda körpənin müalicəsi və tibbi müşahidəsi davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, sidik kisəsinin ekstrofiyası sidik kisəsinin və qarın ön divarının normal formalaşmaması, anal atreziya isə anal dəliyin olmaması və ya qapalı olması ilə xarakterizə edilən anadangəlmə inkişaf qüsurlarıdır. Bu iki patologiyanın birlikdə rast gəlinməsi təxminən hər 300 min doğuşdan birində müşahidə olunur.