Cəmiyyət
Onların Bakıda ucaldılacaq abidələrinin yeri dəyişdirildi
Memarlar Sadıq Dadaşovla Mikayıl Useynovun Bakıda ucaldılacaq abidəsinin yeri dəyişdirilib.
Axar.az xəbər verir ki, bu sözləri Report-a müsahibəsində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib.
İttifaq sədri bildirib ki, abidənin əvvəlcə Neftçilər prospekti ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, Bakı funikulyoru ilə üzbəüz yaşayış binasının yanında qurulması nəzərdə tutulmuşdu.
"Lakin sonradan bu ünvan dəyişdirildi. İndi bir neçə variant var, nəzərdən keçirilir. Bu il ittifaqın 90 illiyidir, istəyirdim, ona çatsın, amma, görünür, çatmayacaq. Yəqin ki, gələn ilə hazırlanar".
Mənbə
axar.az