İdman
UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası yenə uduzdu
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb. Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya Praqa" komandası ilə üz-üzə gəlib. Əlincə stadionunda təşkil edilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, komanda I turda İngiltərədə "Mançester Yunayted"ə 0:5 hesabı ilə məğlub olmuşdu.
Mənbə
oxu.az