İdman
"Sabah"la oyun ərəfəsində "Borussiya" baş məşqçisi ilə bağlı qərar verdi
Almaniyanın "Borussiya Dortmund" klubu baş məşqçi Niko Kovaçla müqavilənin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə klubdan rəsmi məlumat yayılıb. Məlumata görə, 54 yaşlı xorvatiyalı mütəxəssis Almaniyanın səkkizqat çempionu ilə 2029-cu il iyunun 30-dək qüvvədə olacaq yeni sazişə imza atıb. Onunla yanaşı, iki köməkçisi - 52 yaşlı Robert Kovaç və 49 yaşlı Filip Tapaloviç də Dortmund təmsilçisində fəaliyyətlərini davam etdirəcəklər. Xorvat məşqçi 2025-ci ilin fevralında "Borussiya"nın sükanı arxasına keçəndə komanda turnir cədvəlində 11-ci pillədə qərarlaşmışdı. Buna baxmayaraq, o, mövsümün sonunda komandanı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə (ÇL) çıxarmağı bacarıb. Ötən mövsüm isə Kovaçın rəhbərliyi altında klub çempionatı ikinci yerdə tamamlayıb. Həmin mövsümdə toplanan 73 xal klub tarixində ən yaxşı beşinci göstərici hesab olunur. Almaniya Bundesliqasının cari mövsümündə geridə qalan beş turdan sonra "Borussiya" 13 xalla "Frayburq"la birlikdə ilk pilləni bölüşür. Qeyd edək ki, "Borussiya" ÇL-in Liqa mərhələsində Azərbaycan təmsilçisi "Sabah"ın rəqibidir. Masazır klubu Almaniya nəhəngi ilə oktyabrın 20-də Bakıda qarşılaşacaq.
Mənbə
oxu.az